Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Əliyevin çıxışı Ermənistanı qarışdırdı: -Zəngəzur əldən çıxır…

Əliyevin çıxışı Ermənistanı qarışdırdı: Zəngəzur əldən çıxır…

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğanın Zəfər paradında etdiyi çıxışlar erməniləri təlaşa salıb. 

Yenixeber.org: Erməni mediası xəbər verir ki, İlham Əliyevin paradda  Zəngəzur, Göyçə mahalları və İrəvanın Azərbaycanın qədim əraziləri olduğunu vurğulaması, ardınca Ərdoğanın Nuru paşa, Ənvər paşa və Qafqaz İslam Ordusunu yad edərək mübarizənin davam etdiyini söyləməsi ermənilərdə Ermənistanın Azərbaycan və Türkiyə arasında bölünə biləcəyi qorxusunu yaradıb.

Erməni ictimai-siyasi fəalları hesab edir ki, İkinci Qarabağ savaşı hələ bitməyib. Azərbaycan qədim ərazilərini də geri tələb edəcək.

Digər tərəfdən, Ermənistan Baş naziri Nikol Paşinyanın əleyhdarları israrla bildirir ki, o, Zəngəzuru da təhvil verməyə hazırlaşır.

Maraqlıdır ki, Rusiya mediası da bu xora qoşulub. Politoloq Andrey Areşev “Strateji mədəniyyət Fondu” portalına yazdığı məqalədə bildirir ki, paradda qənimət kimi götürülmüş erməni texnikasının nümayiş etdirilməsi və Azərbaycanla Türkiyənin liderlərinin açıqlamaları Bakı və Ankranın hədəflərini müəyyən etməyə imkan verir.

“Etiraf etmək lazımdır ki, Paşinyan və komandasının yarıtmaz siyasəti Ermənistanın demontaj edilməsi planlarının həyata keçirilməsinə yardım edir. Ermənistanın bir sıra əraziləri təhlükə altındadır. Təsadüfi deyil ki, Türkiyə telekanalları Zəngəzuru Azərbaycana aid edir”, - deyə politoloq qeyd edib.

O, paradın 10 dekabrda keçirilməsinə də toxunub. Areşev yazıb ki, bu tarixdə Dağlıq Qarabağ referendum keçirilib. Eyni zamanda təhlükəsizlik zonası yaradılması məqsədilə “Qafan əməliyyatı” həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam