Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi -16 yaşlı oğlan azadlıqda

 

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi - 16 yaşlı oğlan azadlıqda
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tələbini yerinə yetirib.

Yenixeber.org "Sözcü”yə istinadən xəbər verir ki, 2 aydır Ermənistanda həbsdə saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmen sərbəst buraxılaraq ailəsinə qovuşub.
Umutun atası onu İrəvan həbsxanasının darvazaları önündə qarşılayıb. Ailəsi ilə görüşən 16 yaşlı gənc “Sərhəddi bilmədən keçdim. Saxlananda əvvəlcə vəziyyəti ciddiyə almadım. Ən azı bir günə məsələ həllini tapar deyə fikirləşdim. Amma üzərimə silah tuşlananda vəziyyətin ciddiliyini anladım. Türkiyə və ailəm üçün çox darıxmışam. Ailəm və məktəbimə qovuşmaq istəyirəm” deyib.

Lakin Umut hələ doğma Vətəninə qayıtması üçün Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunacaq sənədləri gözləməlidir. Ermənistanın təhlükəsizlik orqanları 16 yaşlı gəncin 2 gün sonra Türkiyəyə göndəriləcəyini bildiriblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək İrəvan həbsxanasında saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmenin ekstradisiya olunmasını istəyib.

Türkiyənin Qars əyalətinin Akyaka rayonunda ailəsi ilə yaşayan 16 yaşlı Umut Əli 24 iyulda Şiş təpəsindəki yaylaqda heyvanları geri qaytarmağa çalışarkən fərqində olmadan Türkiyə-Ermənistan sərhəddini qanunsuz şəkildə keçdiyinə görə Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Erməni dilini bilmədiyinə görə türkiyəli yeniyetmə erməni qüvvələri tərəfindən döyülərək təcavüzə məruz qalmış, müxtəlif bədən xəsarətləri almışdı. Umut Əli sərhəddi qanunsuz keçdiyinə görə Ermənistanda məhkəmə qarşısına çıxarılacaqdı. Türkiyə polisi İnterpol vasitəsilə Umutun azad edilərək ekstradisiya olunmasını tələb etsə də, rəsmi İrəvan rədd cavabı vermişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam