Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan:"Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi"

"Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi".

Yenixeber.org: Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin terrorçuluğa qarşı "Barış pınarı" əməliyyatını şərh edərkən deyib.

"Onlar (YPG/PKK terrorçuları) Suriyanın şimalında terror dövlətini yaratmaq istəyirdilər, amma biz onlara belə imkanı vermədik", - deyə İzmir əyalətində çıxış edən Türkiyə lideri bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə hərbçiləri regionda 32000-33000 yük maşınında terrorçulara çatdırılmış silahların saxlanıldığı anbarları aşkarlayıblar. "Biz indi onları yığırıq (anbarlarda saxlanılan silahları - red"), - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Ərdoğan qeyd edib ki, Suriyanın şimalının terrorçulardan təmizlənilməsi əməliyyatının gedişatında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Suriya milli ordusunun döyüşçüləri ilə birlikdə qəhrəmanlıq və fədakarlıq göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam