Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Həbs olunan icra başçısı haqda -maraqlı faktlar

 

Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalovun həbs edildiyi barədə məlumat yayılıb. Yayılan məlumatda hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdiyi və icra başçısının rüşvət alarkən həbs edildiyi bildirilir.

Yenixeber.org: Namiq Zeynalov bu vəzifəyə 2018-ci ilin fevralında təyin edilib. Bu, hakimiyyətin islahat kampaniyasına başladığı dövrə təsadüf edir. Məhz 2018-ci ildən iqtidarın zirvəsində idarəetmədə islahatların başlanmasına start verilib.

Namiq Zeynalov icra başçısı təyin edilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalşıb. Bəzi məlumatlara görə, o, uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri olmuş hazırda Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxın şəxsdir. Namiq Zeynalovun vaxtilə Kərəm Həsənovun tabeliyində çalışması, məhz onun əmri ilə rəis müavini təyin edilməsi, Cəlilabadın əslən oralı olan PA-nın şöbə müdirinin kurasiyasında olması bu iddanın əsassız olmadığına şübhələri artırır.

Namiq Zeynalov icra başçısı təyin edildiyi qısa müddət ərzində tənqidlərə tuş gəlib.

Mediada gedən məlumatlara görə, həbs olunan digər icra başçılarından o qədər də fərqlənməyib. Hətta anti-korrupsiya əməliyyatları, qanunsuzluğa yol verən məmurların bu və ya digər formada cəzalandırılması, Prezident İlham Əliyevin icra başçılarına tapşırıq və tövsiyələrini nəzərə almayıb.

Məsələn, mətbuatda tirajlanan materiallarda qeyd edilir ki, Namiq Zeynalov əhalinin siyahıya alınması zamanı bu xidməti həyata keçirənlərin maaş kartlarını onlardan alıb.

Məlumat üçün deyək ki, siyahıyaalınma prosesinə cəlb edilmiş vətəndaşlara dövlət tərəfindən zəhmət haqqı kimi birdəfəlik 300 manat vəsait verilirdi. Sözügedən vəsait siyahıyaalmada iştirak edənlərin kartına köçürülürdü. Namiq Zeynalovun göstərişinə əsasən siyahıyaalmada iştirak edən müəllimlərin kartı əllərindən alınıb. Müəllimlərin buna etiraz etdiyi icra başçısının diqqətinəçatdırlanda isə i deyib ki, onsuz da dərs keçmir məktəbə boş-boşuna gedib maaş alırlar.

Namiq Zeynalov barəsində mediada bu tip çoxsaylı faktlar tirajlanıb. Görünür, bu faktlar təsdiqini tapdığına görə hüquq-mühafizə orqanları hərəkətə keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam