Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndi aeroportunun fəaliyyəti bərpa olunur ...

 

 Rusiya KİV-nin yazdığına görə, Rusiya və “Dağlıq Qarabağ respublikası” (mövcud olmayan «subyekt» - Red.) rəhbərliyi hava nəqliyyatı məsələsini müzakirə edirlər.

Yenixeber.org:  Rusiyadan ilk təyyarə Xankəndi aeroportuna artıq bu ay ərzində enə bilər. Bu barədə dekabrın 4-də Qarabağdakı mənbəyə istinadla, «RİA Novosti» agentliyi xəbər verib.

«Hazırda hər iki tərəf - biz və Rusiya bunun baş tutması üçün bütün səyləri göstəririk» - agentliyin Qarabağdakı həmsöhbəti bildirib.

Bildirilir ki, hava limanı həm də sərnişin reyslərinə xidmət göstərəcək. Belə reyslərin Xankəndinə təkcə Moskvadan yox, həm də Rusiyanın bölgələrindən olacağı gözlənilir.

2012-ci ilin oktyabrında Xankəndi aeroportu rəsmi olaraq istismara buraxılıb, ancaq Azərbaycan hələ bundan bir il əvvəl Qarabağa uçan təyyarələri vuracağı ilə hədələmişdi. Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan bəyan etmişdi ki, Yerevan-Xankəndi reysinin ilk sərnişini olacaq. Buna baxmayaraq, marşrut o zaman işə salınmamışdı.

İndi Rusiya hakimiyyətinin Qarabağdakı separatçı rejimlə Azərbaycandankənar iş birliyinə qol qoyması ölkə əhalisinin haqlı narazılığına səbəb olmaya bilməz. Həm də rusların bu gedişi Moskvanın beynəlxalq erməni terroru ilə əlaqəli olduğunun əyani göstəricisi sayıla bilər...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam