Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Laçının azad olunmasına saatlar qalır-Dövlət Strukturları hazırdır+FOTO

Yenixeber.org: Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Başqa sözlə, Laçının 28 ildən çox davam edən işğalının bitməsinə saatlar qalır. Xəbər verildiyi kimi, Laçında qanunsuz məskunlaşdırılmış ermənilərin əksəriyyəti bu rayonu tərk edib, onlar gedərkən on illərdir qanunsuz yaşadıqları evləri dağıdır və yandırırlar.

 

Laçının Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı dövlət strukturları da müvafiq hazırlıq işləri aparırlar. Məsələn, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırlanıb. Lövhə həmin strukturun rayonda yerləşəcək inzibati binasından asılacaq.

Eyni zamanda rayon mərkəzi sayılan Laçın şəhəri üçün, həm də rayonun ayrı-ayrı kəndləri üçün nişanlar hazırlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam