Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

LAÇIN VƏ YA ŞUŞANIN ALINMASI NƏ DEMƏK OLACAQ? –Laçın Alayının keçmiş komandiri izah edir

“Öncə nəzərə almaq lazımdır ki, Laçın rayonu işğalçı Ermənistanla bilavasitə dövlət sərhədində yerləşir. Ermənistan isə KTMT-nin arxasında gizlənərək Milli Ordumuza öz ərazisindən atəş açır, ordumuz da təmkin göstərərək həmin əraziyə əks-zərbə endirmir. Məqsəd odur ki, biz Rusiyanın münaqişəyə müdaxilə etməsinə bəhanə verməyək. Ermənilər də bu amildən istifadə edərək cəbhədən çox-çox uzaq şəhər və kəndlərimizlə yanaşı, Laçın rayonundakı mövqelərimizi də aramsız atəşə tuturlar. Yəni Laçının azad olunmasına çətinlik yaradan faktorlardan biri budur".

Yenixeber.org: Bu sözləri Birinci Qarabağ Müharibəsində şücaətlər göstərmiş Laçın Alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa “moderator.az” saytına Laçın rayonunun, o cümlədən “Laçın dəhlizi” deyilən ərazinin strateji əhəmiyyətindən danışarkən söyləyib.

 

 

O, bildirib ki, Laçında relyefin, iqlimin çətinlikləri var: "Laçındakı dağ relyefi müdafiə olunmaq üçün daha əlverişli şərait yaradır, nəinki hücum etmək. Bunlar nəzərə alınmalıdır. Lakin həmin çətinliklərə rəğmən Azərbaycan Ordusu əməliyyatları, döyüş tapşırıqlarını çox peşəkar və uğurlu şəkildə həyata keçirir”.

A.Paşa qeyd edib ki, Laçının azad edilməsi və Gorus-Laçın-Şuşa-Xankəndi yolunun ermənilər üçün qapadılması 3 mənada strateji əhəmiyyətlidir: "Hərbi, əməliyyat-taktiki baxımdan onu nəzərə almaq lazımdır ki, Şuşa ilə Laçın bir dairəvi müdafiənin ayrı-ayrı komponentləridir. 1990-cı illərdə biz deyirdik ki, Laçının işğalı - Şuşanın işğalı deməkdir, Şuşanın da işğalı – Laçının işğal olunması deməkdir. İndi isə əksinə, deməliyik ki, Laçının azad edilməsi - Şuşanın, Şuşanın azadlığı da Laçının azad olunması deməkdir! Şuşa və Laçın bir-biri ilə arxa-arxaya durmuş cəngavərlər kimidirlər.

İkincisi, Laçının azad edilməsi o deməkdir ki, düşmənin mühasirə həlqəsi qapanır və nəticədə erməni ordusunda mənəvi-psixoloji düşkünlük daha da dərinləşir. Bu da müharibədə çox ciddi amil olmaqla, bizim tam və qəti qələbəmiz üçün böyük faktordur.

Üçüncüsü, Ermənistan və Qarabağ arasındakı bu dəhlizin qapanması ilə ermənilərin təchizat-təminatı da, demək olar ki, tamam kəsilir və nəticədə düşmən məğlub duruma düşür".

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam