Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

COVID-19 ilə bağlı PZR testinin nəticəsini -5 dəqiqəyə almaq olacaq

COVID-19 ilə bağlı PZR testinin nəticəsini 5 dəqiqəyə almaq olacaq

Sinqapurlu alimlər beş dəqiqə ərzində koronavirus ilə bağlı PZR testinin nəticələrini əldə etməyə imkan verən portativ cihaz təqdim ediblər.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə cihazı hazırlayan “Cell ID” şirkətinin baş texniki direktoru Hander Sim videokonfrans zamanı bildirib.

Onun sözlərinə görə, ağız-burun boşluğundan götürülən yaxma az miqdarda xüsusi məhlulla qarışdırılır və bu, virusu aşkar etmək üçün kifayət qədər genetik material təmin edir. “Bundan sonra bütün bunlar ölçüləri bank kartı ilə müqayisə edilə bilən yeni cihazın kiçik bir hissəsinə yerləşdirilir. Ardından cihaz USB portu vasitəsi ilə kompüterə bağlanır və xüsusi tətbiq ilə materialın tədqiqi həyata keçirilir. Nəticə beş dəqiqə ərzində əldə olunur”, - H.Sim deyib.

Şirkət nümayəndəsi qeyd edib ki, cihazdan, demək olar, hər addımbaşı koronavirus testlərinin aparıldığı hava limanlarında istifadə edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam