Redaktor seçimi
İnşaat Kollecində büdcə vəsaiti belə xərclənir-
“Tunelin sonundakı” sülh
Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... -3000 avroluq masajçı qadınlar və daha nələr-
Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb -
AZƏRBAYCAN-TÜRKMƏNİSTAN DANIŞIQLARI MƏXFİ APARILIB - 
ASALA PAŞİNYANIN ÖLÜM FƏTVASINI VERDİ VƏ RUSİYAYA XƏBƏRDARLIQ ETDİ –
SƏBAİLİN POLİS RƏİSİ CAVİD MURADOVUN TORPAQ QALMAQALI ÜZƏ ÇIXDI-
Nazir dəyişdi, bəs, nazirlik?-
Günün xəbəri

Bakıda -kokain və ekstazi satıcısı saxlanıldı

Bakıda kokain və ekstazi satıcısı saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 234.4.3 (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), həmçinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə istintaqdan yayındğı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyev tutulub.

17-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zamanı Nicat Əliyevdən ümumi çəkisi 47,102 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 247,540 qram psixotrop maddə olan metamfetamin, 386 ədəd çəkisi 66 qram olan ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Nicat Əliyev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Aşkar edilən narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması bir daha saxlanılan şəxsin onların satışı ilə məşğul olduğunu deməyə əsas verir.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nicat Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əldə edilən narkotik vasitələrin mənbəyinin və ölkəmizə gətirilmə yollarının aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}