Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Narkotik alverçilərinə qarşı əməliyyat keçirildi - FOTO 

 

DİN narkotik alverçilərinə qarşı əməliyyat keçirdi - FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.
Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb.

Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddət imiş ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.



Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam