Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Dünyada koronavirusa yoluxanların sayı -63 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötüb

İndiyə qədər dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb, 1 465 186 nəfər isə virusdan ölüb.

Yenixeber.org: Bu günədək 63 072 905 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halı ABŞ (13 750 404), Hindistan (9 432 075) və Braziliyada (6 314 740) qeydə alınıb.

Qeyd edək ki, noyabrın 29-na olan məlumata görə, Azərbaycanda indiyədək 118 195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73 676 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 1 361 nəfərdir.

Azərbaycanla qonşu olan Türkiyədə 607 628 nəfər koronavirusa yoluxub, 400 242 nəfər sağalıb, 13 558 nəfər ölüb. Rusiyada indiyədək 2 269 316 nəfərdə koronavirus aşkarlanıb, onlardan 761 457-si sağalıb, 39 527-si ölüb. İranda isə 948 749 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 47 874 nəfər pandemiyanın qurbanı olub. Qonşu Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-i isə vəfat edib.

Ermənistanda indiyədək 134 768 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 107 364 nəfər sağalsa da, 2 142 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam