Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

DİN əhaliyə çağırış etdi -VİDEO


Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırıb.
Yenixeber.org: DİN-dən verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür:
“Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışırlar.Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə
baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, biri isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb”.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə  gözlənilməlidir.
Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq”, - deyə DİN-dən qeyd edilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam