Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Xəstə vəziyyəti ağırlaşanda həkimə müraciət edir” -Nazirlik

“Xəstə vəziyyəti ağırlaşanda həkimə müraciət edir” -  Nazirlik
Son günlər koronavirusa yoluxma nəticələri göstərir ki, xəstəliyin gedişatında xoşagəlməyən artım var. Sıx toplanma yerlərində insanların pandemiya qaydalarına düzgün riayət etməməsi xəstəliyə yoluxma hallarının artmasına səbəb oldu.
Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib. Onun sözlərinə görə, yoluxmanın artması, ağırlaşma və ölüm hallarının artmasına səbəb xəstənin gec müraciət etməsidir.

“Xəstələr 1 həftə, 10 gün evdə özünü müalicə etməyə çalışırlar. Artıq vəziyyəti ağırlaşanda həkimə müraciət edirlər və bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən, preparatlardan istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir. İnsanlar yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Bu düzgün yanaşma deyil. Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz”.

N.Mürsəlova qeyd edib ki, repirator, qrip və ya COVID-ə yoluxma olarsa, mütləq həkimə müraciət olunmalıdır.
“Həkim nəzarətində dərmanlar qəbul edilməli, müalicə düzgün istiqamətdə getməlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam