Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Vəziyyət daha da pisləşə bilər” -TƏBİB-dən xəbərdarlıq

 
Koronavirusa yoluxma sayının hər ötən gün artması təhlükəli haldır. Bu tendensiya artıq bir neçə gündür müşahidə edilir.

Yenixeber.org: Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, ölkədə sərt karantin rejiminin olmaması, yumşaldılmalar, məktəblərin açılması, rayon və şəhərlərarası gediş-gəlişin bərpa edilməsi yoluxma sayının artmasına təsir göstərir.

“Həmçinin müharibə şəraiti ilə əlaqədar insanların daha çox hərbi hissələrin önünə axın etməsi, könüllülərin orduya yola salınması zamanı qaydalara riayət edilməməsi yoluxma sayına təsir edib. Azərbaycan xalqı vətənpərvərdir və bunsuz da keçinmək olmur, insanların qarşısını almaq olmur. Lakin hadisələrin fonunda artıq koronavirus son günlərdə aktuallığını itirib. Nəticədə insanlar xəstəliyə yoluxma halına artıq adi yanaşır”.

V.Əliyev qeyd edib ki, təhlükə sovuşmayıb və qaydalara riayət etmək lazımdır: “Biz insanlara xəbərdarlıq etmək istəyirik ki, artıq bir sıra ölkələrdə təkrarən koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Azərbaycanda son günlərdə 200-ün üzərində yoluxma hallarının olması artıq bir siqnaldır. Vəziyyət daha da pisləşə bilər, yoluxma arta bilər. Yay fəslində olduğu kimi gündəlik 500-600-dən yuxarı yoluxma baş verərsə, onun qarşısını almaqda çətinlik çəkəcəyik. Ona görə qaydalara riayət etmək lazımdır, maska taxılmalı, fiziki məsafə gözlənilməli və gigiyena qaydaları qorunmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam