Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hulusi Akar: -“Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”

“ABŞ-ın yeni administrasiyasındakı həmkarlarımızla yaxından əməkdaşlıq etməyi düşünürük”. 

Yenixeber.org: Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, üzdə olan bəzi problemlərin Türkiyə-ABŞ münasibətlərinə kölgə saldığı məlumdur.

“Məsələn, S-400 almağımız böyük bir problemə gətirib çıxarıb. Bu məsələdə niyyətimizin ancaq 83 milyon vətəndaşımıza və ölkəmizin havadan müdafiəsini təmin etmək olduğunu bildirmək istəyirəm. Bu mərhələyə açıq və şəffaf satınalma prosesindən sonra gəldik. Başqa nə etməyimizi gözləyirdilər? Əlavə olaraq F-35 texnologiyası təhlükəsizliyi ilə bağlı məsələ ABŞ üçün olduğu qədər Türkiyə üçün də eyni əhəmiyyətə malikdir. Bilirik ki, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığı var, ancaq biz bu narahatlıqları aradan qaldırmaqda istəkliyik. Nə olursa olsun, 70 illik iki müttəfiq arasındakı problemləri müzakirə edərkən təhdid dilindən və sanksiya ilə hədələməkdən çəkinmək lazımdır. Türkiyə NATO-nun işinə və əməliyyatlarına hərbi birliklərlə dəstək göstərən ilk beş, eyni zamanda iqtisadi dəstək göstərən ilk səkkiz ölkədən biridir. 30 ölkənin üzvü olduğu ittifaqda fərqli fikir və münasibətlərin olması olduqca normaldır. NATO-nun gücü ittifaqın xeyrinə olan fikir ayrılıqlarının aradan qaldırılmasındadır. Türkiyə isə ittifaqın bütün dəyərlərini və məsuliyyətini paylaşaraq, əməliyyatlarda və təlimlərdə öhdəsinə düşən vəzifələri icra edərək NATO-nun mərkəzində yer almaqdadır”, – deyə nazir vurğulayıb. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam