Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

A.Karaismailoğlu: -"BTQ ilə daşımalar 116 % artacağını proqnozlaşdırırıq"

A.Karaismailoğlu: BTQ ilə daşımalar 116 % artacağını proqnozlaşdırırıq

“Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşımalar 116 %, İran xətti ilə 63 %, Avropa xəttində isə 15 % artım gözləyirik. Türkiyə coğrafi üstünlüklərini iqtisadi üstünlüklərə çevirmək üçün dəmir yollarına yatırılan investisiyaları sürətli şəkildə artıracaq”.

Yenixeber.org: Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 2021-ci il büdcə təqdimatı zamanı parlamentdə deyib.

Onun sözlərinə görə, Çindən Şimal xətti ilə Sibir üzərindən Avropaya gedən 5 ədəd qatarın 30 %-ni bu dəmir yolu xəttinə yönəltmək üçün çalışırıq: "Orta Koridor" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) və BTQ vasitəsi ilə illik daşımaları 1,5 min vaqona çatdırılmasını, Çindən- Türkiyəyə arasındakı 12 günlük dəmir yolu səyahət müddətini isə 10 günə endirməyi hədəfləyirik. Pandemiya şəraitində bu il üçün yükdaşıma hədəfimiz 35,28 milyon tondur".

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam