Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Düşmənin tərk etdiyi minaatan batareyası və döyüş postları-VİDEO

 

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan silahlı qüvvələrinin birləşmələri bir zamanlar qəsb etdikləri ərazilərin hər yerində özlərindən sonra rüsvayçı izlər qoyublar.

Yenixeber.org: Ermənistanın işğalından azad edilmiş Füzuli ərazisində olan çəkiliş qrupumuz burada bir müddət öncə düşmənə məxsus olmuş minaatan batareyasında erməni əsgərlərinin qoyub qaçdığı silah-sursatı və hərbi əşyaları, konservləşdirilmiş qida məhsullarını, həmçinin onların xidmət etdiyi məntəqənin necə şəraitdə olduğunu videokameranın yaddaşına həkk edib.

Azərbaycan Ordusunun düşmənin təxribatına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş texnikalarını, silah-sursatlarını və hətta bəzi şəxsi əşyalarını da burada qoyaraq, döyüş postlarından qaçıblar.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam