Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzuli şəhərinə -mediatur təşkil olunub

Füzuli rayonunun yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan "Tochka U" raketinin qalıqları jurnaistlərə təqdim edilib.

Yenixeber.org: Raket barədə açıqlama verən ANAMA əməkdaşı Musa Məmmədov bildirib ki, adıçəkilən silah "Tochka U" sisteminin 9M79 raketidir: "Raket oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonuna atılıb. Raketin uçuş məsafəsi maksimum 120 kilometrdir. Düşmən öz müdafiəsinin dərinliyindən bu əraziləri vura bilib. Raketin təyinatı əsasən canlı qüvvə, kommunikasiya, vacib obyektlərin məhv edilməsidir. Raket öz təyinatı üzrə yerə 20 metr qalmış məsafədə partlayır, 14 min 500 ədəd yarımhazır qəlpələrə bölünür. Qəlpələr 2-3 hektar ərazidə məhvetmə qabiliyyətinə malikdir. Raketdə 162,5 kiloqram partlayıcı var ki, trotillə bərabər çəkisi 200 kiloqrama malikdir. Raket bir neçə yüz metr aralıda partlayır, qəlpələr yayılandan sonra qalıq hissə yerə düşür".

M.Məmmədov bildirib ki, raket əkin sahəsinə düşdüyündən yaxınlıqdakı yaşayış məntəqələrinə ziyan dəyməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam