Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ballistik raketlər məhv edilməsəydi, Bakıya da çata bilərdi"-General-mayor

"Ballistik raketlər məhv edilməsəydi, Bakıya da çata bilərdi"-    General-mayor
Oktybarın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi.
Yenixeber.org: Bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, Qərargah rəisi, general-mayor İkram Əliyev deyib.

General-mayor bildirib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd Toçka-U raketi məhv edilib:

“Oktybarın 14-də gecə saat 1.00 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qaprabağa gətirilsə idi, 300 km məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına əsasən, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayanın tərkibindədir".

Raket komplekslərinin vurulması anının görüntüsünü təqdim edən HHQ-nin Qərargah rəisi qeyd edib ki, həmin raketlərin atışa hazırlandığı da görüntüdə aydın görünür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam