Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın iqtidar rəsmisi -müdafiə naziri və digər yüksək rütbəli hərbçilərin istefasını tələb etdi

Ermənistanın iqtidar rəsmisi müdafiə naziri və digər yüksək rütbəli hərbçilərin istefasını tələb etdi

Ermənistan ordusunun və silahlı qüvvələrinin məsul şəxslərinin Qarabağ müharibəsindəki cəzasızlığı ölkənin təhlükəsizliyi üçün böyük təhdidə çevriləcək.

Yenixeber.org: Ermənistan mətbuatından xəbər verilir ki, bunu hakim “Mənim addımım” partiyasının üzvü, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan deyib.

Koçaryanın fikrincə, Qarabağ müharibəsində səhvlərə yol verdiklərinə görə, Ermənistanın müdafiə naziri və silahlı qüvvələrin məsul şəxslərinin istefa verəcəkləri gözlənilirdi. "Dərhal istefa verməmələri, etdiklərindən tamamilə xəbərsiz olduqlarını və bu uğursuzluğun gələcəkdə bizi hara aparacağını göstərir. Bu şəxslər cəzasız qalsalar, orduda bənzər hadisələrin baş verməsi davam edəcək, həm də bu, Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək”, - o deyib.

Müdafiə Nazirliyinin bəyanatına münasibət bildirən Koçaryan qeyd edib ki, bu güc strukturu uydurulmuş və populist bəyanatlarla çıxış etməməlidir. O, həmçinin qeyd edib ki, tezliklə parlamentin aprel döyüşləri ilə bağlı araşdırma komissiyasının nəticəsi dərc ediləcək. Deputat vurğulayıb ki, aprel uğursuzluğunun nəticələri bu gün də aktualdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam