Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fulya Öztürk: -“O gecə şokun təsirindən dərimin rəngi getdi”

Fulya Öztürk: “O gecə şokun təsirindən dərimin rəngi getdi”

“Hər an ölüm təhlükəsi ilə üz-üzə idik, indi bəzən düşünürəm ki, necə oldu ki, mən ölmədim, sağ qaldım?!”

Yenixeber.org:  Bunu CNN Türk kanalının müxbiri Fulya Öztürk deyib.

O, Azərbaycanda 44 günlük müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə iştirakı zamanı yaşadıqlarını danışıb.

Gəncədə mülki əhalinin raket atəşinə tutulması zamanı orada olan Fulya deyir ki, həmin gecəni heç vaxt unutmayacaq:

“17 oktyabrda gecə oteldə yatağımda idim. Otelin bir neçə metrliyinə raketlər atıldı. Bütün divarlar silkələnirdi və ardınca digər partlayışlar oldu. Biz dərhal hadisə yerinə qaçdıq...

İndi soyuq başla düşünürəm ki, biz nələr yaşamışıq, nələrin şahidi olmuşuq?! Təsəvvür edin, mən gedəndə dağıntılar altından gözümün önündə körpə bir uşaq meyiti çıxardılar və əlim bilmədən o körpənin əlinə dəydi... Bu, həqiqətən dəhşətli idi. Bəziləri deyir ki, jurnalist bütün vəziyyətlərdə soyuqqanlı olmalıdır. Ancaq orada o dəhşətləri görməyən, oradan xəbər hazırlamayan adam heç cür başa düşə bilməz. Mümkün olduğu qədər soyuqqanlı oldum, amma elə anlar var ki, insanın özündən asılı olmur: düz yanınızda bombalar partlayır, qarşında cəsədlər çıxarırlar və bir körpənin cansız bədəninə toxunursan...

O gecə şokun təsirindən dərimin rəngi getdi və bir sutkadan sonra yerinə gəldi. Eyni dəhşətləri Bərdədə, Tərtərdə də yaşadıq. Bərdədə saatlarla 7 cəsədin ortasında qaldıq...”.

Həmkarımız deyir ki, yaralı hərbçilərimizdən müsahibə alarkən onların nə qədər cəsur, əzmli və qəhrəman ruhlu olduqlarının şahidi olub:

“Yaralı, əminəm ki, canı ağrıyan əsgərlərin hamısı heç nə biruzə vermədən inanılmaz bir cəsarətlər hələ də döyüşə hazır olduqlarını deyirdilər. Hələ savaşın ilk günləri idi və onların bu əzmini görəndə dedim ki, bu iş çox uzun sürməyəcək və Azərbaycan qısa müddətdə zəfər qazanacaq!” (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam