Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırır

                 

 Türkiyə Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırır.

Yenixeber.org: Bu barədə bu gün nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bildirib.

“Qafqazda baş verən son hadisələr fonunda biz Naxçıvana dəmir yolu inşa etməyi planlaşdırırıq. İlkin tədqiqatlar tezliklə başa çatacaq”, - “Anadolu” agentliyi Karaismayıloğludan sitat gətirib.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və RF liderlərinin birgə bəyanatının maddələrindən biri də Azərbaycandan onun Naxçıvan Muxtar Respublikasına dəhlizin açılmasıdır.

Bu dəhliz ilə artıq sovet dönəmində istismar edilmiş dəmir yolu var.

Türkiyədən Naxçıvana yol çəkiləcəyi və onun Ermənistan ərazisilə bir hissə ilə birləşdirilməsi halında Azərbaycanla Türkiyə arasında artıq inşa edilmiş Bakı-Tbilisi-Qars yolundan başqa daha bir dəmir yolu əlaqəsi yaranacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam