Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Bu il Ukraynadan Azərbaycana -29 milyon dollara yaxın pul göndərilib

Bu il Ukraynadan Azərbaycana 29 milyon dollara yaxın pul göndərilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Ukraynadan Azərbaycana 28,7 mln ABŞ dolları dəyərində vəsait göndərilib.

Yenixeber.org: Bu barədə ölkənin Mərkəzi Bankının hesabatında deyilir.

Məlumata görə, bu, bu ilin 9 ayında Ukraynadan göndərilən ümumi vəsaitin 5 %-ni təşkil edir.

Ümumilikdə isə bu ilin yanvar-sentyabr ayları ərzində Ukraynadan göndərilən pul vəsaitinin həcmi 575 mln ABŞ dolları təşkil edib. Bu da ölkəyə göndərilən vəsaitdən 14,7 dəfə azdır. Bu ilin 9 ayında müxtəlif xarici ölkələrdən Ukraynaya 8,48 mlrd ABŞ dolları dəyərində vəsait göndərilib.

Ukryana Mərkəzi Bankının məlumatına görə, 2020-ci ilin 9 ayında Ukraynadan göndərilən vəsaitin həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 387 mln ABŞ dolları və ya 41 % artıb. Ukraynadan xarici ölkələrə göndərilən vəsaitin həcmi isə bir ildə 1,94 mlrd ABŞ dolları və ya 16 % artıb.

Bu dövr ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkə daxilində pul köçürmələrin həcmi 6,75 mlrd ABŞ dolları və ya 27 % artıb.

Qeyd edilib ki, Ukraynadan bir köçürmənin orta məbləği bir ildə 33 % artaraq 510 ABŞ dolları, Ukraynaya isə 7 % artaraq 390 ABŞ dolları təşkil edib.

Hesabata əsasən, bu müddət ərzində ABŞ-dan Ukraynaya pul köçürmlərinin payı 18 %, İstaildən 12 %, Rusiyadan 7 %, Almaniyadan isə 6 % təşkil edib. Bu dövr ərzində isə Rusiyadan Ukraynaya göndərilən vəsaitin xüsusi çəkisi 30 %, Gürcüstana 16 %, Türkiyə və Polşaya isə hər biri 4 % təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam