Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentdən VACİB MESAJ: hər kəs bilməlidir ki... - ŞƏRH

 

Prezidentdən VACİB MESAJ: hər kəs bilməlidir ki... - ŞƏRH

“Şəhid ailələri, şəhid doğmaları mübarək insanlardır. Mən hər zaman onlara belə müraciət edirəm. O mübarək insanların özlərinin dövlət başçımıza münasibəti dövlətimizin vətəndaşlarına qarşı qayğısının bariz nümunəsidir”.

Yenixeber.org: Bu sözləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı fərmana öz münasibətini bildirən C.Əzimbəyli qeyd edib ki, dövlətin vətəndaşlarına hər sahədə qayğısının şahididir:

“Prezident İlham Əliyev şəxsən özü və Vitse-prezident Mehriban Əliyeva daim şəhid ailələrinə, onların sosial problemlərinin həllinə dair zəruri addımların atılmasına xüsusi diqqət yetirirlər. İlham Əliyevin dünən şəhid ailələri ilə keçirdiyi görüşünü böyük sevinclə qarşıladım. Şəhid ailələrinə, Qarabağ qazilərinə göstərilən qayğının daim şahidi olmuşam. Bu görüş çox səmimi keçdi. Ölkə başçısının şəhid ailələrinə qəlbindən gələn səmimiyyətlə davranması əlavə bir mesaj oldu ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün yeridilən beynəlxalq və yerli siyasətlə yanaşı, Prezident Vətən, dövlət, bayraq, şəhadət adına mücadilə verən insanlara da diqqətini əksik etmir. Şəxsən həmin insanlarla təmasda olduğuma görə əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda minlərlə insan torpaqlarımızın işğaldan azad olunması üçün canını fəda etməyə hazırdır. Prezidentimizin həmin insanlara da mesajı vardı. O, şəxsən şəhid ailələri və vətən adına mübarizə aparan insanların hər zaman yanında olduğunu göstərdi.

Onlar - şəhid ailələri müqəddəs şəhadət yolçularının mübarək doğmalarıdır. Fikrimcə, ölkə başçısının məhz şəhidlərin bu mübarək ailələrinə, doğmalarına ehtiramı və qayğısı hər kəsə nümunə olmalıdır".

C.Əzimbəyli bildirib ki, bu görüş eyni zamanda şəhid və qazi adından sui-istifadə etmək istəyənlərə və onların sosial problemlərinin həddən artıq çox olduğunu, dövlətin onlara qayğı göstərmədiyini tirajlamaq istəyənlərə də bir mesajdır: "Yuxarıda qeyd etdiyim kimi, dövlət başçısı bir daha göstərdi ki, şəhid ailələri, aztəminatlı şəxslər kimsəsiz deyil, onların arxasında Azərbaycan Prezidenti var və onların bütün qayğılarına həssassıqla yanaşır. Son görüşdə və dünən imzalanan fərmanla bir daha şahidlik etdik ki, vətəni uğrunda canını fəda edən şəxslər, şəhid ailələri, Qarabağ qaziləri heç zaman Prezidentin diqqətindən kənarda qalmayacaq və daim Onun qayğısını öz üzərlərində hiss edəcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam