Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Nazirlik iki şəhid övladını himayəsinə götürdü —FOTOLAR

 

 

 Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun övladları - 2007-ci il təvəllüdlü Həmidli Vüsal və 2009-cu il təvəllüdlü Həmidli Fərid Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb. Sentyabr ayının 1-dən etibarən şəhidin ailəsinə hər övlada 18 yaşı tamam olana kimi hər ay 150 manat olmaqla 300 manat məbləğində maddi yardım veriləcək.
Yenixeber.org: Avqustun 26-da Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov şəhid Orxan Həmidovun ailəsi ilə görüşüb.


Görüş zamanı Mehman İsmayılov Azərbaycan xalqının Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu bildirib. O qeyd edib ki, Orxan Həmidov da öz qanı bahasına torpaqlarımızın azad olunması uğrunda iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.


M.İsmayılov Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işlərdən də danışıb.


Şəhidin anası Tamella Məmmədova, öz növbəsində, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq minnətdarlığını bildirib.


Şəhid ailəsinə yardım paketləri təqdim olunub.


Sonra M.İsmayılov və şəhidin ailə üzvləri Orxan Həmidovun məzarını ziyarət edərək xatirəsini anıblar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam