Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səfir: -"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

“Macarıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanla dostluq münasibətlərinə böyük önəm verir”.

Yenixeber.org: Bu sözləri Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi DOST Agentliyində olarkən bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Qarabağ münaqişəsi ilə bağlı məsələdə Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiyinə görə səfirə minnətdarlığını qeyd edib.

Səfir Viktor Sederkenyiyə DOST Agentliyinin yaradılmasının məqsədi, funksiyaları, DOST mərkəzlərinin iş prinsipləri barədə məlumat verilib. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Macarıstana səfəri zamanı iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini və bunun hər iki tərəfə fayda verə biləcəyini deyib. Bildirib ki, DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində vətəndaşa xidmətlər təqdim edən ön ofis olmaqla yanaşı, həm də bu sahədə daimi təkmilləşdirmə işləri aparır, yeni ideya və layihələrin istehsalçısı qismində çıxış edir. Bu baxımdan tərəflər arasında mümkün əməkdaşlıq potensialının və texniki imkanların araşdırılması barədə müzakirələr aparılıb.

Görüşdə Macarıstan mədəniyyəti və məişəti ilə Azərbaycan əhalisini daha yaxından tanış etmək üçün onlayn təlimlərin keçirilməsi, təlimin DOST Agentliyi-UNFPA arasında həyata keçirilən "Fəal yaşlanma" layihəsi çərçivəsində təşkili planlaşdırılan "Kulinariya" dərsləri ilə uzlaşdırılması və Macarıstanın Müstəqillik gününə həsr olunmuş məlumatlandırma kampaniyası çərçivəsində bu ölkənin milli şirniyyatlarının gigiyenik baxımdan təhlükəsiz qablaşdırmalarda DOST mərkəzlərində xidmətlərdən yararlanan vətəndaşlara paylanılması məsələləri də müzakirə edilib.

Bundan başqa DOST Agentliyinin sosial agentləri, monitorinq üzrə mütəxəssisləri və könüllüləri üçün müxtəlif funksional istiqamətlər üzrə təlimlərin keçirilməsi və “Rəqəmsal xəritələr” layihəsi barədə də fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam