Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyəli veteranlar - Azərbaycana gəliblər

Türkiyəli veteranlar Azərbaycana gəliblər
Türkiyəli qonaqlar DOST Agentliyinin 1 saylı DOST mərkəzində pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar.
Yenixeber.org:  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, qonaqlara agentliyin və mərkəzin iş prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim sahələrində vətəndaşlara göstərilən bir pəncərə sisteminə əsaslanan xidmətlər barədə məlumat verilib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq.

Nazir S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə və avtomobillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan olanlara dövlət vəsaiti hesabına mənzil və avtomobillər verilir. O əlavə edib ki, bu il müavinətlər və təqaüdlər 100 faizədək artırılıb.

Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşları təmsil edən qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr yaradılıb. Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.

Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam