Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İzmirdə zəlzələdən ölənlərin sayı 62-yə çatdı-YENİLƏNDİ

 

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

Yenixeber.org: Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, hazırda 218 nəfərin müalicəsi davam edir.

**16:01

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bu barədə məlumatı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.

Prezidentin sözlərinə görə, indiyədək 58 nəfər zəlzələdən həlak olub, 896 nəfər yaralanıb.

**15:28

Türkiyənin İzmir şəhərində baş verən yeraltı təkanlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 55-ə yüksəlib.

**12:46

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay məlumat verib.

Qeyd edib ki, yeraltı təkanlar zamanı 896 nəfər yaralanıb. Onlardan 214-nün müalicəsi davam edir. Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 9-da axtarış-xilasetmə işləri aparılır.

**10:32

İzmirdə baş verən 6,6 ballıq zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, xəstəxanalarda müalicə alan 896 vətəndaşdan 667-si evə buraxılıb, 229 nəfərin müalicəsi davam edir.

Xatırladaq ki, oktyabrın 30-da baş verən zəlzələdən bəri ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam