Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İzmirdə həlak olanların sayı 58-ə çatdı - YENİLƏNİR

 

                       

               Türkiyənin İzmir bölgəsində zəlzələ qurbanlarının sayı artıb.
Yenixeber.org: Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 58-ə çatıb. Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan məlumat verib.

***
 İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb. Bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlardan 218 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

***

 Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat verib.

Hazırda yaralı sayı 896 nəfərdir. Onlardan 667-si xəstəxanadan evə buraxılıb, 229 nəfərin müalicəsi davam etdirilir.

***
İzmirdə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hadisə zamanı 896 nəfər xəsarət alıb, onlardan 667-si xəstəxanadan evə buraxılıb. Hazırda dağıntılar altında axtarış işləri davam etdirilir.

***
Türkiyənin İzmir bölgəsində zəlzələ qurbanlarının sayı artıb.

Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. Yaralı sayı 885 nəfərdir.

***
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı xəsarət alanların sayı 885 nəfərdir. Hazırda dağıntılar altında axtarışlar aparılır.

***
Ötən gün İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam