Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Varşavada da Gəncə terroruna etiraz edildi —FOTOLAR

 

 

 Polşanın paytaxtı Varşava şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

 

Yenixeber.org: Daisporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurası və Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya paytaxtın mərkəzi Plac Zamkovı meydanında baş tutub.

 

Aksiyada polyak dilində “Qarabağ Azərbaycandır!” (“Karabach to Azerbejdzan”) yazılmış iri banner, “Ermənistanın terrorunu dayandırın!”, “Ermənistanın təcavüzünü dayandırın!” şüarlarının yazıldığı plakatlar nümayiş etdirilib.

 

Aksiya iştirakçıları Polşa hökumətini və polyakları, eləcə də beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

 

Qeyd edək ki, oxşar aksiyaların Polşanın digər şəhərlərində keçirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub.

 

İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib, terror aktları nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam