Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyada-koronavirusa yoluxanların sayı 7 milyon 100 mini ötdü

Dünyada koronavirusa yoluxan 3 466 532 nəfər sağalıb, 406 343 nəfər isə virusdan ölüb.

Yenixeber.org: İndiyədək 7 102 957 nəfərə COVID-19 diaqnozu qoyulub.

Məlumata görə, son 19 gündə dünyada 80 mindən çox insan koronavirusdan ölüb

Ən çox yoluxma halları ABŞ (2 007 449), Braziliya (691 962) və Rusiyada (476 658) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 170 132 nəfər yoluxub, 4 692 nəfər ölüb. İranda isə 171 789 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 291 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, iyunun 7-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 7 553-dür. İndiyədək ölkəmizdə 4 149 nəfər virusdan sağalsa da, 88 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam