Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Dəfn mərasimini top atəşinə tutmaq son hədd idi” -Deputat

“Dəfn mərasimini top atəşinə tutmaq son hədd idi” -  Deputat
“Tərtər hadisəsi erməni vəhşiliyinin daha bir bariz nümunəsidir”
Yenixeber.org: Bu barədə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib. Deputat deyib ki, bəşəriyyət tarix boyu erməni xalqını tərbiyə edə bilmədi və hazırda işğalçıların islah edilməsi bizim boynumuza düşüb:

“Osmanlı kimi tolerant ölkə erməniləri sözün həqiqi mənasında tərbiyələndirə bilmədi. Bu gün də müşahidə edilir ki, erməni milləti vəhşi xislətə sahib, insansevməz olaraq qalıb. Bizim başqa yolumuz yoxdur. Dinc sakinləri vurmağı özlərinə peşə seçənləri islah etməliyik, onları müəyyən bir çərçivənin içində saxlayıb insan cəmiyyətinə alışdırmalıyıq. Çünki indi bizimlə müharibə aparan Ermənistan ordusundan olanların, ümumilikdə cəmiyyətlərinin heç bir insanlıq dəyəri yoxdur. Millətçi xəstəlik onları fəlakətli vəziyyətə gətirərək bu gün regionda ağır nəticələr verir. Tərtərdə qəbiristanlıqda dəfn mərasimini belə top atəşinə tutmaq son hədd idi. Görün nə dərəcədə vəhşiləşmiş kütlədir ki, yalnız hərbçiləri, mülki şəxsləri deyil, heç bir hərbi təyinatı olmayan qəbiristanlığı, dəfn mərasimlərini belə hədəf seçirlər. Ona görə də bu məsələdə ancaq bir yolumuz var- vəhşilərə qalib gəlib, onları islah etməliyik”.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan ordusu bu gün Tərtər rayonunu atəşə tutub. Qəbiristanlıqda dəfn mərasiminə gələn mülki şəxslərin yerləşdiyi əraziyə top mərmisi atılıb. Nəticədə 3 mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb. Həlak olanlardan biri isə anasını dəfn etməyə gələn rayon sakini olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam