Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakı polisi: -“Hərəkət iştirakçıları diqqətli olmalıdır”

Bakı polisi:  “Hərəkət iştirakçıları diqqətli olmalıdır”
"Bakı Metropoliteni"ndə təhlükəsizlik məqsədilə nəzarət profilaktik tədbirləri gücləndirilib.
Yenixeber.org: Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, məqsəd sərnişinlərin sağlamlığının qorunması və koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınmasıdır: "Bu məqsədlə tərəfimizdən nəzərdə tutulan bütün tədbirlər təşkil olunaraq, icraya yönəldilib. Metro daxilində, vestübillərdə, qatarlarda mövcud qayda və normalara riayət edilməsi tövsiyə olunur. Sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, qoruyucu maskalardan istifadə edilməsinə və digər bütün normalara ciddi riayət olunmasına nəzarət edilir. Bu gün əvvəlki dövrlərlə müqayisədə hərəkət iştirakçıları daha məsuliyyətli və diqqətli olmalıdırlar. Hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Unutmayaq ki, ön cəbhədə döyüşdə mübarizə aparan Azərbaycan Ordusunun hər bir əsgərinə arxa cəbhədə də biz koronavirusla mübarizədə öz səfərbərliyimizi nümayiş etdirməklə dəstək oluruq. Bizim onlara vəfa borcumuz var. Hər kəs də qaydalara, mövcud normalara əməl etməklə bu vəfa borcunu yerinə yetirməlidir. Mövcud qaydalara riayət etməyən şəxs və ya şəxslər barəsində qanunvericiliyin normalarına uyğun şəkildə tədbirlər görülür və görüləcək. Burada da əsas məqsəd hər bir hərəkət iştirakçısının qaydalara əməl etməyə təşviq etməkdir. Hər kəs həm özünün, həm də ətrafdakı digər hərəkət iştirakçılarının sağlamlığını müdafiə etməlidir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam