Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BNA-sərnişinləri maskadan istifadə etməyə çağırdı

 

 Avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün əlavə tədbirlər həyata keçirilir.
Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilib.

"Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş 34 məntəqədə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət edilir, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılaraq maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.

Son bir neçə gün ərzində həyata keçirilən intensiv nəzarət tədbirləri artıq müsbət nəticələr verməkdədir. Aparılan müşahidələr onu göstərir ki, avtobuslarda tibbi maskadan istifadə edənlərin sayında ciddi artım müşahidə edilir və sərnişinlərimizin məsuliyyət hissi ilə qaydalara riayət etməsi təqdirəlayiqdir.

Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.

Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür", - deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam