Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Polis -kafe və restoranlara nəzarəti gücləndirdi

Polis kafe və restoranlara nəzarəti gücləndirdi
Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Yenixeber.org: Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir.

Paytaxt sakinlərinin diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunverciliyə uyğun tədbirlər görüləcəkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam