Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın vurduğu qərargahda erməni əsgərlərinin meyitləri beton altında qalıb - Video

Azərbaycanın vurduğu qərargahda erməni əsgərlərinin meyitləri beton altında qalıb -  Video

 

 Azərbaycan Müdafiə Nazirliyi ötən gecə cəbhədə gedən döyüşlər zamanı Ermənistan ordusunun 10-cu dağ-atıcı diviziyasının komanda-idarəetmə məntəqəsinə ordumuzun aviasiya zərbəsi endirdiyini, nəticədə düşmənin çoxsaylı itkilərinin olduğunu açıqlamışdı.

Yenixeber.org: Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı gündəlik operativ məlumatlarını adətən şərh etməyən Şuşan Stepanyan dərhal bu informasiyanı təkzib etməyə çalışdı. Onu “dezinformasiya” adlandırdı.

Və çox keçmədi ki, sosial şəbəkələrdə həmin komanda mərkəzinin Azərbaycan aviasiyasının zərbəsindən sonrakı vəziyyətinə dair kadrlar yayıldı. Üstəlik söhbət pilotsuz kəşfiyyat təyyarəsinin çəkdiyi görüntülərdən deyil, bilavasitə dağıntılar arasından çəkilmiş kadrlardan gedir. Həmin kadrlara əsasən beton-torpaq qatı ilə möhkəmləndirilmiş komanda mərkəzi darmadağın olub, ehtimal ki, ora böyük dağıdıcı gücə malik aviabomba düşüb. Və erməni hərbçilər dağıntılar altından meyitləri çıxarıb daşımaqla məşğuldur. 

Başqa sözlə, ordumuz düşmənin dünən gecə Gəncəyə endirdiyi və çoxsaylı dinc sakinin həlak olmasına gətirib çıxaran xain, iyrənc hücumuna gərə qisası onun əsgər və zabitlərindən alıb.

Caliber.az YouTube kanalında yayılmış həmin görüntüləri təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam