Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

AQTA - şadlıq sarayının fəaliyyətini məhdudlaşdırdı

AQTA şadlıq sarayının fəaliyyətini məhdudlaşdırdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus “Tansu” şadlıq sarayında monitorinq keçirilib.
Yenixeber.org: AQTA-dan verilən məlumata görə, Agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcədə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı müəyyən edilib. 

Məlum olub ki, restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədə həyata keçirilir. 



Bundan başqa, manqal yeməklərinin hazırlanmasında istifadə olunan ət məhsullarının üzəri açıq şəkildə masada saxlanıldığı, istifadə edilən qazançaların yararsız olduğu, ətin doğranması üçün ayrılmış kötüklərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən olunub. 

Yoxlama zamanı zibil tullantılarının atıldığı qabların ağzı açıq şəkildə mətbəxdə saxlanıldığı, restoranda çalışan işçi personalın tibbi müayinədən keçmədiyi, işə başlamazdan əvvəl işçilərin istifadə etməyi üçün soyunub-geyinmə, yuyunma otağının olmadığı məlum olub. 



Monitorinq zamanı şadlıq sarayında qida məhsullarının saxlanılması üçün yalnız bir soyuducnun olduğyu, mətbəxdə isə havanlandırma sisteminin olmadığı müəyyən edilib. 

Aşkar edilmiş nöqsanlar əsasında qanunvericiliyə əsasən, protokol tərtib edilib və şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb. 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam