Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ceyhun Bayramov -Yunanıstanın yeni səfirini qəbul edib

 

Bu ilin 25 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib.

Yenixeber.org: Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Hər iki tərəf vurğulayıb ki, ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirlər və bu əlaqələri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.

Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb. 

Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam