Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XİN -nazirlərin görüşünün təfərrüatını açıqladı

XİN nazirlərin görüşünün təfərrüatını açıqladı
Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.
Yenixeber.org: XİN-dən bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Nazirlər iki ölkə arasında yüksək səviyyədə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd ediblər. Ölkələrimiz arsında və dövlət rəhbərlərimiz səviyyəsində mövcud olan yüksək münasibətlərin yalnız sözdə deyil, əməllərdə də aydın şəkildə özünü nümayiş etdirdiyi qeyd olunub. Qarşılıqlı səfərlərin dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə müsbət töhfə verdiyi vurğulanıb.

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 19 sentyabr tarixində yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində Gürcüstan ilə bağlı səsləndirdiyi fikirlərin yüksək səviyyədə qiymətləndirildiyini qeyd edib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tam istifadəyə verilməsi və genişləndirilməsinin perspektivləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkə ilə yanaşı, geniş bölgənin sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin iqtisadi və ticarət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu və bundan tam istifadə edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkələrimizin oxşar təhlükəsizlik təhdidləri ilə üzləşdiyi və bununla mübarizədə oxşar baxışın mövcud olduğu vurğulanıb. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə də ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruri olduğu bildirilib.

Dövlətlərimizin ikitərəfli əməkdaşlıq ilə yanaşı, çoxtərəfli formatlarda da uğurla əməkdaşlıq etdiyi və qarşılıqlı dəstək nümayiş etdirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov həll olmamış münaqişələrin bölgənin təhlükəsizliyinə ciddi təhdid doğurduğunu qeyd edib və Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son hərbi təxribatları ilə bağlı həmkarına məlumat verib. Münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllinin vacibliyi vurğulanıb.

Nazirlər pandemiya dövründə ölkələrimiz arasında əlaqələndirmə və əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyini və daşımaların maneəsiz axınının təmin olunduğu bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam