Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hərbçi snayperdən necə qoruna bilər -döyüşçülər və ekspert danışır

 “Yeganə yol səngərdə təhlükəsizlik qaydalarına riayət etməkdir”

Yenixeber.org: Son günlər hərbçilərin snayperlərdən necə qorunmaları barədə məsələ müzakirə mövzularından birinə çevrilib. Buna səbəb sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan hərbiçimiz Elşən Məmmədovun bu silahla vurulmasıdır. “Snayper olan bölgələrdə hərbi davranış qaydalarına necə əməl olunmalıdır” sualı ətrafında çoxsaylı fikirlər səsləndirilir.

Polkovnik Şair Ramaldanov dedi ki, snayper olsa da, olmasa da, bilirsiniz ki, təmas xəttində mövqelər bəzən o qədər yaxındır ki, orada təhlükəsizlik tədbirləri yüksək səviyyədə qurulmalıdır: “Bu ancaq snayperə aid deyil. Ümumiyyətlə, cəbhə bölgəsində olan vəziyyətə bağlıdır. Bizim hərbiçilərimiz bununla əlaqədar daim maarifləndirilir, müəyyən tədbirlər görülür. Orada mühəndis istehkam işləri daim aparılır. Bunların hamısı ilk növbədə, orada xidmət edən hərbiçilərin təhlükəsizliyi ilə bağlıdır. Digər tərəfdən, təmas xəttində ən müasir müşahidə, kəşfiyyat vasitələri var, istər gecə, istər gündüz, istərsə də zamanın hansı şəraitində olursa-olsun, ərazini, düşmən tərəfi müşahidə etməyə imkan verir. Bu da əlbəttə, hərbiçilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Çünki onlar təhlükəsiz yerlərdə oturub, müəyyən məntəqələrdə düşməni həmin texniki vasitələrlə kəşf edə bilirlər. Onu da deyim ki, indi dronlardan geniş istifadə olunur. Bu da kəşfiyyat qruplarını içəri göndərmək və orada hansısa məlumatı əldə etmək məcburiyyətində insan faktorunu bir az azaldır.

Ordumuz haqqında fikir söyləyənləri obyektiv olmağa çağırıram” - polkovnik Şair  Ramaldanov

Şair Ramaldanov

Yəni lazımi məlumatları həmin dron vasitələrlə ala bilirik. Bu istiqamətdə işlər daim aparılır. Əvvəlki illərə nisbətən itkilərin sayı da qat-qat azalır. Düzdür, burada Tovuzda olan düşmənin təxribatını nəzərə almıram. Çünki orada mövqe döyüşləri gedirdi. Demək olar ki, orada olan bütün silahlardan istifadə olunurdu. Təbii ki, belə olan halda hər iki tərəfdən itkilərin olması qaçılmaz idi. Ancaq gündəlik rejimdə o itkilər minimuma enib. Azərbaycan Ordusunun bölmələrində bu məsələ çox ciddi nəzarətdədir. Bu çox ciddi məsələdir. Daim həmin hərbiçilərin döyüş fəaliyyətinin azalmaması şərti ilə təhlükəsizlik tədbirlərini maksimum qurmaq üçün tədbirlər görülür və bundan sonra da görüləcək”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli yeganə yol kimi təhlükəsizlik qaydalarına riayət etməyi görür: “Snayperdən qorunmaq üçün dünyanın bir çox inkişaf etmiş ordularında anti-snayper sistemlərindən istifadə edilir. Amma bu, aktiv döyüşlərdə tətbiq olunur. Lakin bu hər zaman effektiv olmur. Çünki snayperlər öz işlərini icra etmək üçün müxtəlif vasitələrdən-manevrlərdən istifadə edirlər. Bundan isə döyüşdə yayınmaq o qədər də asan deyil. O ki qaldı snayperlərin hədəfindən yayınmaq üçün döyüş qaydalarına, bunun konkret bir təlimatı yoxdur. Döyüşdə, vəziyyətə uyğun olaraq snayperin hədəfinə çevrilməmək üçün qorunmaq lazımdır. Yenə qeyd edirəm ki, bu hər dəfə o qədər də effektiv alınmır. Təbii ki, ön xətdə snayperin hədəfinə tuş gəlməmək üçün yeganə yol səngərdə təhlükəsizlik qaydalarına riayət etməkdir. Amma açıq döyüşdə buna riayət etmək hər dəfə mümkün olmur. Hərbi qulluqçumuz Elşən Məmmədovun hansı şəraitdə düşmən snayperinin hədəfinə tuş gəldiyi haqda isə bir şey deyə bilmərəm. Hər halda, peşəkar döyüşçünün snayperdən qoruna bilməməsinin də obyektiv səbəbləri olub”.

Rey Kərimoğlu : Prezident tapşırıq verir, məmurlar əksini edir...bəzi icra  başçıları deyirlər ki, nə olsun prezident deyib! - + FOTO

Rey Kərimoğlu

Qarabağ qazisi Rey Kərimoğlu: “Snayperdən qorunmağın birinci şərti səngərinin yaxşı olmağıdır. Hərbiçi snayperdən özünü qorumaq üçün səngərdən çıxmamalıdır. Müasir dövrdə yaşayırıq, müəyyən texniki avadanlıqlar var. Düşmənin cəbhəsini izləyə bilirsən. Sadəcə, onu bilmək lazımdır ki, snayperdən qorunmağın ən müxtəlif yolları var. Bununla bağlı təlim keçirilir, hərbiçilərə qorunmağın qaydaları deyilir.  Artıq atəş intensivləşib. Kim harada gördü vurur. Cəbhə bölgəsində biz olanda da hərbiçilərimizə ən çox bunu deyirik”.
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam