Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? –RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə məktəb açılışı zamanı şagirdlərə verilən çantaların geri alınması barədə məlumat yayılıb.

Yenixeber.org: Bildirilib ki, Saatlı rayon Orta Muğan kəndində yeni məktəbin açılışı ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən I sinif şagirdlərinə məktəbli çantası verilib. 

İddia olunur ki, çəkilişdən sonra çantalar şagirdlərin əlindən alınıb.

Saatlı Rayon Təhsil Şöbəsindən bildirilib ki, hazırda məktəbdə 58 şagird I sinifdə təhsil alır:

“Onlara 24 çanta verilib. Açılış zamanı mövcud çantalar uşaqlara paylanılıb. Sadəcə, Rayon Təhsil Şöbəsinin əməkdaşlarından biri müəllimlərə bildirib ki, tədbir davam edəcək və uşaqlara çanta daha sonra veriləcək. Yanlış anlaşılma nəticəsində çantalar saxlanılıb”.

“Artıq valideynlər məktəbə çağırılıb və çantalar təhvil verilib”, - deyə məlumatda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam