Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Bu bloger Kadırovu ölümlə hədələdi-Həbs olundu

 

Videomesaj vasitəsilə ​​Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı qisas elan edən, Murad Venski kimi tanınan çeçen bloger Murad Aslamxanov Avstriyada həbs olunub.

Yenixeber.org: Bu barədə “Kavkaz.Realii” informasiya agentliyi Aslamxanovun yaxınlarına istinadən məlumat yayıb. Bildirilib ki, blogerlə birlikdə 29 yaşlı qardaşı Muxarbek Aslamxanov da saxlanılıb.

Daha əvvəl onlar qanunsuz silah saxlamaqda təqsirləndirilərək dindirilməyə çağırılıb, sonra isə sərbəst buraxılıblar. Lakin 16 sentyabrda Aslamxanovların evində polis tərəfindən aparılan axtarış sonrası hər iki qardaş həbs olunub.

Agentliyin məlumatına görə, Murad Venski qanunsuz silah saxlamaqla yanaşı Kadırovu və yaxın ətrafını ölümlə hədələməkdə təqsirləndirilir. Belə ki, bloger son videoların birində Kadırovdan qisas alacağını bildirərək Çeçenistan başçısının yaxın ətrafını ölümlə hədələyib.

Aslamxanov videomüraciətdə xüsusilə Çeçenistan parlamentinin sədri Maqomed Daudov və Çeçenistan Baş Nazirinin müavini Abuzaid Vismuradova qarşı təhdidlər səsləndirib. Aslamxanov Kadırovun onun qohumlarına toxunacağı təqdirdə bu vədi yerinə yetirəcəyinə söz verib.

Qeyd edək ki, bloger daha əvvəl, 2019-cu ilin dekabrında yayımlanan bir videoda Kadırovun siyasətini tənqid etmişdi. Həmin vaxt o, Avstriya həbsxanalarının birində cəza çəkirdi. Avstriya hökuməti həbsdən çıxdıqdan sonra Aslamxanovu deportasiya etmək istəsə də yaxınlarının və dostlarının etirazları nəticəsində bu, baş tutmamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam