Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Azərbaycana -Hindistandan turist cəlbi üçün görüş keçirilib

 

Azərbaycana Hindistandan turist cəlbi üçün görüş keçirilib

5-16 sentyabrda Azərbaycan Turizm Bürosu Hindistanın “Virtual Travel Mart 2020” sərgisində ölkəmizin turizm potensialını virtual formatda təbliğ edib.

Yenixeber.org: Bu barədə Azərbaycan Turizm Bürosundan xəbər verilir. 

Sərgi Azərbaycan Turizm Bürosunun Cənubi Asiya üzrə tərəfdaşı və Hindistanın turizm təlimləri üzrə ixtisaslaşmış ilk onlayn səyahət platforması “TravelGyaan” tərəfindən təşkil olunub. 1 000-dən çox əcnəbi turagent, turoperator, hotelçilik və toy turizmi üzrə ixtisaslaşmış şirkət nümayəndələrinin iştirak etdiyi virtual sərgi qrup halında və təkbətək canlı görüşlər şəklində davam edib.

Azərbaycan Turizm Bürosunun iştirak etdiyi 42-dən çox onlayn görüşdə iştirakçılara ölkəmizin sağlamlıq, korporativ, toy və digər turizm növləri üzrə imkanları barədə ətraflı məlumat verilib, hindistanlı turistlərin maraq dairəsini əhatə edən mövzularda təqdimatlar keçirilib. Virtual tədbir çərçivəsində cari vəziyyətlə bağlı məlumat mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüşlər zamanı pandemiya və postpandemiya dövründə elektron viza məsələləri, Azərbaycanın turizm sektorunda sanitariya və gigiyena normalarının təmini, hotellərdə yeni qiymət siyasəti, Hindistanla birbaşa hava uçuşları və digər mövzular ətrafında ünvanlanan suallar cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam