Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

NATO Gürcüstanda genişmiqyaslı təlimlərə başladı –Səfirlik bəyanat yaydı

Gürcüstanda Birləşmiş Ştatların, Polşanın və Fransanın iştirakı ilə hərbi manevrlərə başlanıb. NATO-nun Nəcib Partnyor 2020 (The Noble Partner 2020) adlı çoxmillətli hərbi təlimlərinə sentyabrın 7-də start verilib.

Yenixeber.org: Manevrlər sentyabrın 18-də başa çatmalıdır. ABŞ-ın Tiflisdəki səfirliyi sentyabrın 7-də bildirib ki, sayca beşinci olan bu təlimlərdən məqsəd Birləşmiş Ştatların çoxmillətli coğrafiyada hərbi hazırlığının yoxlanmasıdır. Səfirliyin bəyanatında deyilir ki, hərbçilər döyüş silahları və hərbi texnikanın iştirakı ilə təlim keçəcək.

Bəyanatda vurğulanır ki, Nəcib Partnyor silsilə manevrlərindən əsas məqsəd ABŞ-ın regional sabitliyə can atmasını və NATO müttəfiqlərinə dəstək verməyə hazır olduğunu nümayiş etdirməkdir.göstərməlidir.

Xatırladaq ki, Gürcüstan NATO üzvü olmaq niyyətini açıq bəyan etmiş keçmiş sovet respublikalarındandır.

ABŞ Tbilisinin bu niyyətinə müsbət yanaşdığını bildirib. NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində Gürcüstanın gələcəkdə alyans üzvü olacağına rəsmi razılıq verilmişdi. Moskva NATO-nun bu bəyanatından narazılığını bildirmişdi.

Həmin ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra Rusiya separatçı Abxaziya və Şimali Osetiyanın müstəqilliyini tanıyıb. Gürcüstanın NATO üzvü olmaq niyyətini alyansın heç də bütün üzvlıəri dəstəkləmirlər. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam