Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məzahir Pənahov yola salınır: -Sayılı günlər qaldı

Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı

Milli Məclisin payız sessiyasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq. 

Yenixeber.org: MSK-nın hazırkı tərkibinin müddəti payızda başa çatır. Məlumat üçün deyək ki, MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Məlumata görə, bu dəfə MSK-nın sədri Məzahir Pənahov da əvəzlənə bilər. O, artıq 20 ildir ki, quruma sədrlik edir. 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Yenisabah.az-a bildirib ki, hazırkı tərkibin müddəti payızda başa çatır və Milli Məclisin payız sessiyasında bu məsələyə baxıla bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam