Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Mədəniyyət Nazirliyində yeni -şöbə müdiri təyinatı

Mədəniyyət Nazirliyində yeni şöbə müdiri təyinatı
Ölkəmizdə mədəniyyət siyasətinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, mədəniyyət sahəsinin idarə edilməsində insan resursları ilə iş mexanizminin müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması məqsədilə Mədəniyyət Nazirliyində həyata keçirilən kadr islahatları davam edir.
Yenixeber.org: Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Zemfira Hüseynbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Birləşmiş Krallığın Kingston London Universitetinin “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcələrini alıb. Londonun “CİPD” institutunun “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə beşinci dərəcəli diplomunu, Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif seminar və konfrasların iştirakçısı və təşkilatıçısı olub. BMT-nin strukturlarında təcrübə proqramı keçib.

Əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb. 2014-2018-ci illər ərzində “BP” neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.

İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir.

İngilis, rus, türk dillərini bilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam