Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM -bu abituriyentlərə təkrar şans verdi

DİM bu abituriyentlərə təkrar şans verdi
Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə qeydiyyatdan keçməyən abituriyentlərə (subbakalavrlara) müraciət edib.
Yenixeber.org: DİM-dən verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə qeydiyyatdan keçməyən abituriyentlərə (subbakalavrlara) yenidən imkan yaradılır.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanlarına qeydiyyat linki 2-3 sentyabr tarixlərində yenidən aktiv edilir.

Əvvəlki qeydiyyat tarixlərində qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib imtahan komissiyalarını təsdiq etmiş abituriyentlər (subbakalavrlar) qeydiyyatdan keçə bilməzlər.

Ali və ya 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki.

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir. Buraxılış vərəqələri qeydiyyat prosesi başa çatandan sonra Mərkəzin saytına yerləşdiriləcək.

Xatırladaq ki, ali və ya 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat 7–21 avqust tarixlərində həyata keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam