Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gündən -21 ixtisas üzrə qabiliyyət imtahanları keçiriləcək

Bu gündən 21 ixtisas üzrə qabiliyyət imtahanları keçiriləcək

Bu gündən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanları keçiriləcək.

Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada keçiriləcək. Xüsusi qabiliyyət imtahanları Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti və Memarlıq istiqamətləri üzrə keçiriləcək.

Abituriyentlərin (subbakalavrların) tapşırıqlarını qiymətləndirmək üçün 34 Qabiliyyət İmtahanı Komissiyası(QİK) təşkil ediləcək. QİK-lərə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaq­larının üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının, digər təşkilat, komitə və birliklərin nümayəndələri və DİM-in əmək­daşları daxil edilirlər.

Xatırladaq ki, avqustun 24-dən başlayaraq abituriyentlər (subbakalavrlar) bəzi komissiyalar üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilirlər. Digər komissiyalar üzrə buraxılış vərəqələri 28 avqust tarixindən başlayaraq Mərkəzin saytına yerləşdiriləcək.

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

53-cü komissiyanı (xoreoqrafiya sənəti) seçən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam