Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aşurada -qan vermək istəyənlərin nəzərinə!

Hər il Aşura günü təşkil olunan ənənəvi qanvermə aksiyası bu il məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında həyata keçiriləcək.
Yenixeber.org: Bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb.

Bildirilib ki, bu addım koronavirusla əlaqədar ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması səbəbindən atılıb. Milli Hematologiya və Transfuziologiya mərkəzi qan vermək istəyən vətəndaşlara müraciət edib, qanvermə zamanı sosial məsafə saxlamaq və maskadan istifadənin mütləq olduğunu bildirib. Qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşların fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət və qoruyucu tibbi maskalardan istifadə etmək kimi tənzimləmə məsələlərində Milli Hematologiya və Transfuziologiya mərkəzinə Azərbaycan Könüllülü Təşkilatları İttifaqı də yardımçı olacaq.

Qeyd edək ki, bu il Aşura günü avqustun 30-na təsadüf edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam