Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"Turan” şirkəti -BP-nın Azərbaycanda satınalmalarını idarə edəcək

Turan” şirkəti BP-nın Azərbaycanda satınalmalarını idarə edəcək

 "Turan Qazma və Mühəndislik” şirkəti ("SOCAR AQŞ" və Böyük Britaniyanın “KCA Deutag” şirkətinin birgə müəssisəsi) "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarəetmə üçün müqaviləyə düzəlişi nəzərdə tutan saziş imzalayıb.

Yenixeber.org: 15 iyundan qüvvədə olan saziş "Turan Qazma və Mühdənislik” birgə müəssisəsinin SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobl Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməni nəzərdə tutur.

Şirkət bu fəaliyyət üçün əlavə olaraq 71 nəfəri işə götürüb, onlardan 69 nəfəri Azərbaycan vətəndaşıdır.

Dəyişikliyin dəyəri 120 mln ABŞ dollar təşkil edir və 2019-cu ildə BP və “Turan Qazma və Mühəndislik” şirkətinin imzaladığı BP-nin operatoru olduğu 7 platformada qazma quyğularının əməliyyatları və texniki baxışını nəzərdə tutan müqaviləyə şamil olunur. Müqavilənin müddəti iki il uzanmanın mümkünlüyü ilə 5 ili əhatə edir.

Qeyd edək ki, "Turan Qazma və Mühəndislik" birgə müəssisəsi 2018-ci ilin iyul ayında yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam